Günün tarixi
17 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1558. İngilis kraliçası Birinci Yelizaveta taxta çıxıb

1858. İngilis utopik sosialisti Robert Ouen anadan olub

1913. Panama kanalı gəmilər üçün açılıb

1918. İngilis qoşunu Ənzəlidən Bakıya daxil olub

1922. Sibir SSRİ-nin tərkibinə qatıldı

1922. Sonuncu Osmanlı padşahı 6-cı Mehmet İstanbulu tərk edib

1941. ABŞ-da “Jeep” markalı avtomobillərin istehsalına başlanılıb

1960. Moskvada “Xalqlar Dostluğu Universiteti” təsis edilib

1985. Kolumbiyada palçıq vulkanının püskürməsi 22 000 insanın həyatına son qoyub

1987. Qaragöl Dövlət Təbiət Qoruğu yaradılıb. Qoruq hazırda erməni işğalı altındadır

1988. Bakıda SSRİ rəhbərliyinin Qarabağ siyasətinə qarşı mitinqlər başlayıb. Bu tarix 1992-ci ildən etibarən “Milli dirçəliş günü” kimi qeyd edilir

1988. Benazir Bhutto Pakistanın baş naziri seçilib. Bununla da o, tarixə müsəlman dövlətində ilk baş nazir kimi düşüb

1989. Praqada polis tələbələrin nümayişini dağıdıb. Bununla da Çexoslovakiyada “məxməri inqilab” başlayıb

1990. Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib

1990. SSRİ Ali Soveti M.Qorbaçova hakimiyyəti yenidən təşkil etmək səlahiyyəti verib

1996. Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilib

2003. Bir homoseksualistin keşiş təyin edilməsindən sonra Rus pravoslav kilsəsi amerikan kilsəsi ilə əlaqəni kəsib

2005. Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının İnkişaf Komissiyasının üzvü seçilib

2006. Antalya şəhərində Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü işə başlayıb

2006. Bakıda Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işə başlayıb.

Günün aforizmi

“Bir kərə yüksələn bayraq bir daha enməz”.

Məhəmməd Əmin Rəsulzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar