Günün tarixi
16 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1808. Osmanlı hökmdarı IV Mustava Topqapı sarayında sui-qəsd nəticəsində öldürülüb

1869. Süveyş kanalı formal olaraq açılıb

1918. Macarıstan müstəqilliyini elan edib

1918. Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Ə.Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşüb. İranlı diplomat Topçubaşova deyib: “Siz dövlətinizi Azərbaycan adlandırırsınız. Bu nə deməkdir? Bu, İran hüdudlarında yerləşən indiki Azərbaycana iddialarınız deməkdirmi? Siz özünüzü Azərbaycan türkü hesab edirsiniz. Amma bilin ki, nəinki Azərbaycanda, habelə Qafqazda türk yoxdur. Hər yerdə türk axtarmaq siyasətçilərin, Türkiyənin işidir".
Bu hadisədən düz 72 il sonra (1991-ci il 16 noyabr) eyni gündə İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Moskvaya səfəri zamanı “Moskvanın səsi” radiosuna müsahibəsində deyib: “İran Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyil. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf edəcəkdir”. Müsahibədən cəmi 10 gün sonra İİR Azərbaycanı tanıyıb

1920. Stalin Leninə Azərbaycandakı vəziyyətlə bağlı teleqram göndərib

1921. Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib

1933. ABŞ və SSRİ diplomatik münasibətlər qurub
1938. Aktyor Abbas Mirzə Şərifzadə vəfat edib

1945. Amerisium (atom nömrəsi 95) və kürium (96) elementlərinin alınması rəsmən elan edilib

1945. UNESCO təsis edilib

1988. Estoniya SSR Ali Soveti ölkənin suverenliyi haqda qərar qəbul edib

1994. Azərbaycan Respublikası Əfqanıstan ilə diplomatik əlaqələr qurub

1999. Prezident Heydər Əliyevin bu tarixin “Azərbaycanda tolerantlıq günü” kimi qeyd edilməsi barədə göstəriş verib

2000. Kürd əsilli türk musiqiçi Əhməd Kaya vəfat edib

2004. Azəri Press Agentliyi (APA) fəaliyyətə başlayıb

Günün aforizmi


“Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək”.

Stalin Leninə teleqramından
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21