Günün tarixi
15 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1492. Xristofor Kolumb hinduların tütün çəkdiyinə şahidlik edib. Kolumb səfərdən qayıdarkən ilk dəfə Avropaya tütün gətirib

1603. Şah Abbas İrəvan qalasını mühasirəyə alıb

1630. Alman astronom İohan Kepler anadan olub

1670. Çex pedaqoqu Yan Amos Komenski anadan olub

1889. Braziliyada monarxiya devrilib, respublika elan edilib

1921. Azərbaycan SSR MİK Rəyasət Heyəti Rusiya Kommunist Partiyasının 3 noyabr tarixli Bakı iclasının qərarlarına müvafiq direktiv layihələr hazırlayan yerli komissiya təşkil edib.

1926. Dövlət dram teatrında H.Cavidin “Topal Teymur” dramının ilk tamaşası olub

1956. Orta Doğu Texniki Universiteti (Türkiyə) təsis edilib

1962. Aktrisa Naibə Şirinova anadan olub

1971. Tarixdə ilk mikroprosessor hesab edilən “İntel 4004” satışa çıxarılıb

1982. Sovet lideri Brejnevin dəfn mərasimi keçirilib

1983. Şimali Kipr (Türk respublikası) müstəqilliyini elan edib

1988. Türkiyə Fələstin dövlətini tanıyıb

2003. İstanbulda 2 sinaqoqda terror aktı nəticəsində 25 nəfər həlak olub

2004. Parisdə təşkil olunan beynəlxalq tədbirdə İran uranın zənginləşdirilməsi prosesini dayandırmağa söz verib

2006. “Al Jazeera English” telekanalı yayıma başlayıb.

Günün aforizmi

“Teymur: ... o çox məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər”

“Topal Teymur” pyesindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar