Dağıstanda öldürülən azərbaycanlı yaraqlı işləmək üçün gedibmiş
Dağıstanda öldürülən azərbaycanlının anası oğlunun ölümündən xəbərsizdir. Bu barədə APA-ya açıqlamasında mərhumun anası, Qax rayonunun Qum kənd sakini Fatimat Hacıyeva bildirib. Onun sözlərinə görə, oğlu Hacı Hacıyev təxminən bir ay əvvəl işləmək adı ilə Dağıstana gedib: “Oğlum uzun illərdir Dağıstanda tikintidə işləyir. Tez-tez rayona gəlib, qayıdırdı. Sonuncu dəfə bir ay əvvəl evə gəldi. Bir neçə gün qaldıqdan sonra yenidən Dağıstana, işləməyə getdi. Bir gün sonra evə zəng edib bildirdi ki, Dağıstana çatıb, nigaran qalmayaq”.
F. Hacıyeva, həmçinin oğlunun Dağıstanda kimlərlə əlaqədə olması barədə məlumatsız olduğunu qeyd edib: “Rayondan Dağıstanda işləyənlər çoxdur. Lakin Hacının onlarla əlaqəsinin olub-olmadığını bilmirəm”.
Anası H. Hacıyevin radikal dini qruplaşmaların üzvü olmadığını bildirib: “Bizim ailədə hamı ibadət edir, namaz qılır. Oğlum da namaz qılandır. Lakin hər hansı dini cərəyana qoşulub-qoşulmadığını deyə bilmərəm. Mən onda elə bir şey müşahidə etməmişəm. Silahlı birləşmələrin üzvü olmasına da inanmıram. Çünki o, heç vaxt əlinə silah almayıb”.
F. Hacıyeva oğlunun ölümündən xəbərsiz olduğunu, hüquq-mühafizə orqanlarından onun taleyinə aydınlıq gətirilməsini xahiş edib.
Qeyd edək ki, Dağıstanın Qayakənd rayonunun “Puşkin-Tau” ərazisindəki meşə massivində yaraqlı meyiti aşkarlanıb.
APA-nın məlumatına görə, meyiti Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı aşkarlayıblar. Hüquq-mühafizə orqanlarındakı mənbə RİA “Daqestan” agentliyinə bildiriblər ki, qanunsuz hərbi birləşmənin üzvü olan yaraqlının noyabrın 5-də keçirilmiş xüsusi əməliyyat zamanı öldürüldüyü güman edilir.
“Öldürülmüş şəxsin üzərindən Azərbaycan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Hacıyev Hacı Süleyman oğlunun adına olan pasport tapılıb. O, Azərbaycanın Qax rayonunda yaşayıb. Meyitin yanında 1 ədəd “F-1” qumbarası və iki sim-kart da aşkarlanıb”, - deyə mənbə bildirib.

423