Bakıdakı partlayışda xəsarət alan şəxs xəstəxanada öldü
13 noyabr 2010 11:21 (UTC +04:00)

Bakıdakı partlayışda xəsarət alan şəxs xəstəxanada öldü

bu barədə Lent.az-a Qaradağ rayon Prokurorunun köməkçisi Araz Qasımov bildirib. Onun sözlərinə görə, Sahil qəsəbəsində baş vermiş hadisə zamanı ciddi yanıqlar alan Elman Səfərəliyev xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dünyasını dəyişmiş E.Səfərəliyevin qardaşı Ramazanın evində baş vermişdi. Nəticədə evdə olan 4 nəfər – Elman Səfərəliyev, onun həyat yoldaşı Elnarə, övladları, 10 yaşlı Ruqiyyə və 8 yaşlı Səfurə müxtəlif dərəcəli xəsarətlər almışdılar.

Nizam
# 399

Oxşar yazılar