Günün tarixi
13 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1002. Müqəddəs Bris qətliamı. İngilis kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş verib

1805. Napoleon ordusu Vyanaya daxil olub

1918. Rusiya Brest-Litovsk sülh müqaviləsini imzalayıb

1920. Millətlər Cəmiyyətinin təsis yığıncağı 45 ölkədən 5000 nümayəndənin iştirakı ilə Cenevrədə açılıb

1956. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev anadan olub

1970. Pakistanda siklon 300 000 insanın həyatına son qoyub. Bu faciə 20-ci əsrin ən böyük təbii fəlakəti hesab edilir

1970. Hafiz Əsəd Suriyada dövlət çevrilişi edib

1976. BMT TŞ bütün xarici qoşunların Kiprdən çıxarılmasını tələb edən qətnamə qəbul edib

2001. ”Şimal Alyansı” qoşunları Kabili və Cəlalabadı Taliban qüvvələrindən təmizləyib

2002. İspaniya sularında 77 000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb olub

2007. Azərbaycan hökuməti ilə BP şirkəti arasında ikitərəfli təhlükəsizlik Protokolu imzalanıb

2008. Azərbaycan Respublikası “İnzibati Xətalar Məcəlləsi”, “Poçt haqqında”, “Sığorta haqqında”, “Nəqliyyat haqqında”, “Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” qanunlara əsaslı dəyişikliklər edilib

2008. “Azərbaycan Respublikası və Ukrayna prezidentləri Şurasının Nizamnaməsi” təsdiq edilib

2008. Bakıda enerji Sammti keçirilib

2009. Prezident İlham Əliyev Belarusdan birbaşa Bolqarıstana işgüzar səfərə gedib.

Günün aforizmi

“İnsanlar da rəqəmlər kimidir, onların həqiqi dəyər öz yerlərini aldıqda bəlli olur”.

Napoleon
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar