Azərbaycanda iki nəfər bədbəxt hadisənin qurbanı oldu
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Hafiz Bayramov Gəncə şəhərində, P.Səmədov küçəsində yeni tikilən binanın 3-cü mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə keçinib.
Digər hadisə isə Sabirabadda baş verib. Noyabrın 11-də Sabirabad rayonunda yaşayan Rasim Həsənov "KamAZ" markalı yük maşının təkərinə hava vurarkən ölüb. Bellə ki, ehtiyatsızlıq səbəbindən alət kimi istifadə olunan dəmir parçası onun əlindən çıxıb və başına dəyib. R.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

1027