Bakıda ailə faciəsi: ər öldü, arvad koma vəziyyətindədir
12 noyabr 2010 12:37 (UTC +04:00)

Bakıda ailə faciəsi: ər öldü, arvad koma vəziyyətindədir

Rayonun 7-ci polis bölməsindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 12-də səhər saatlarında baş verib.

9-cu mikrorayondakı fərdi yaşayış evində iki nəfər - 1989-cu il təvəllüdlü Elməddin Əkbərov və 1992-ci il doğumlu Qərənfil Əliyeva dəm qazından boğulub. Onlar evdə huşsuz vəziyyətdə tapılıblar. Həkimlər ilkin müayinə zamanı E. Əkbərovun öldüyünü bildiriblər. Q. Əliyeva isə koma vəziyyətində Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti ağırdır.

Bəzi məlumatlara görə, onlar yeni ailə qurublar. Hazırda rayon prokurorluğunun müstəntiqi və digər şəxslər hazırda hadisə yerindədir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar