Teleqüllənin yaxınlığında tapılan mərmilər xüsusi əraziyə aparılıb
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1700 ədəd döyüş başlığı olmayan 125 mm zirehli texnika əleyhinə çapaltı mərmilər noyabrın 11-də xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə gətirilib.
Hazırda sursatların aşkarlandığı ərazidə Nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən axtarış işləri davam etdirilir. Qeyd edək ki, həmin ərazi xüsusi hasara alınıb.
Hazırda sursatların aşkarlandığı ərazidə Nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən axtarış işləri davam etdirilir. Qeyd edək ki, həmin ərazi xüsusi hasara alınıb.
523