Zaqatalada 59 yaşlı qadın intihar edib
12 noyabr 2010 10:59 (UTC +04:00)

Zaqatalada 59 yaşlı qadın intihar edib

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Prokurorluğundan məlumat verilib. Zaqatala şəhər sakini, 1951-ci il təvəllüdlü Bağırova Əminə Nəhməd qızı özünü yaşadığı evin həyətində talvardan asıb.

Ə. Bağırovanın bir-neçə il əvvəl həyat yoldaşını itirdikdən sonra əsəb xəstəliyinə tutulduğu bildirilir. Ə. Bağırova bir müddət əvvəl də intihara cəhd edib, lakin o vaxt onu xilas etmək mümkün olub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu, son həftə ərzində Zaqatala rayonunda baş vermiş ikinci intihar hadisəsidir. Rayonun Uzunqazmalar kənd sakini, 1963-cü il təvəllüdlü Murtuzəliyev Məmmədəli Murtuzəli oğlu noyabrın 9-da özünü yaşadığı evin tavanından asmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar