Sumqayıtdakı dəhşətli qətllə bağlı rəsmi məlumat yayıldı
11 noyabr 2010 18:42 (UTC +04:00)

Sumqayıtdakı dəhşətli qətllə bağlı rəsmi məlumat yayıldı

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, noyabrın 10-dan 11-nə keçən gecə saat 01.00 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayonundakı 46 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb. Aparılmış araşdırmalarla mərhumun qonşuluqdakı 55 saylı binada yaşayan 1970-ci il təvəllüdlü Elşad Karpat oğlu Rüstəmzadə olduğu müəyyən edilib. Səhər saat 9.30 radələrində onun yaşadığı mənzilə baxış keçirilərkən atası, 1928-ci il təvəllüdlü Karpat Rüstəmovun, həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rüstəmzadənin, qızları 12 yaşlı Samirə və 7 yaşlı Nərgizin küt alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbər işçiləri, həmçinin Sumqayıt Şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla həmin gün saat 00.15 radələrində Elşad Rüstəmzadənin yaşadığı mənzildə atası Karpat Rüstəmovu, arvadı Ülviyyəni və 2 azyaşlı uşağını qəsdən öldürməsi, daha sonra isə özünü qonşuluqdakı doqquzmərtəbəli binanın damından ataraq intihar etməsi müəyyən edilib.

Araşdırmalar nəticəsində həmçinin, Elşad Rüstəmzadənin son dövrlər psixi xəstəlikdən əziyyət çəkdiyi və bununla əlaqədar Sumqayıtdakı 2 saylı poliklinikaya müraciət etməsi müəyyən edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar