Ali Məhkəmə Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını təmin etdi
APA-nın xəbərinə görə, Plenum məhkum jurnalistin Cinayət Məcəlləsinin (CM) 147.1 və 147.2-ci, 214.1, 283.2.2 maddələri üzrə təqsirləndirilməsinə dair işə baxaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təmin edib və cinayət işlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Plenum jurnalistin CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə də baxıb.
Bu iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarda hər hansı münasibət olmadığı nəzərə alınaraq, Plenumda dövlət ittihamçısı qismində çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov E. Fətullayevin 2 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı, həmçinin verilən bu cəzanın da onun həbsdə qaldığı müddətlə hesablanmasını, təqsirləndirilən şəxsin həbsdən azad edilməsini istəyib.
Plenum E. Fətullayevə 2 il 2 ay müddətinə həbs cəzası verilməsi barədə qərar çıxarıb. Bu da həbsdə olduğu müddətlə hesablandığı üçün E. Fətullayevin həbsdən azad olunması barədə qərar çıxarılıb.
E. Fətullayevin vəkili Elçin Sadıqov vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin barəsində Bakı Apellyasiya Məhkəməsində noyabrın 5-də keçirilən iclasda həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verildiyini xatırladıb. Vəkil Plenumun həmin qərarı da ləğv etməsini xahiş edib.
Plenum isə öz növbəsində həmin işlə bağlı Ali Məhkəməyə kassasiya şikayəti daxil olmadığını nəzərə alaraq, vəsatəti təmin etməyib.
Qeyd edək ki, bu il aprelin 22-də Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb.
Avropa Məhkəməsinin qəbul etdiyi qərarda E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğu qeyd olunub və jurnalistin dərhal həbsdən azad edilməsi tələb edilib. Azərbaycan tərəfi isə bu qərarla razılaşmayaraq Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verib. Bundan sonra Avropa İnsan Haqları Məhkəməsi ötən ay Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, E. Fətullayev azadlığa buraxılmalı, ona 28 min avro təzminat ödənməlidir.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib.
Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində “Diasetil-morfi” (heroin), “Amfetaminil” narkotik vasitələri və “Flunitrozepam-M” psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan “Diasetil-morfi”, “Amfetaminil” və psixotrop dərman vasitəsi olan “Benzodiazepin”dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.
Bu il iyulun 6-da isə Qaradağ rayon Məhkəməsi jurnalist Eynulla Fətullayevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Təqsirləndirilən şəxs rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Noyabrın 5-də keçirilən şikayət üzrə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsi E. Fətullayevin barəsində növbəti dəfə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Hazırda apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilir.

608