Toyda qan töküldü
Noyabrın 10-da saat 18 radələrində Qazax rayonun Ağköynək kəndində toy mərasimində qan düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Zülfüqar Süleymanov 1989-cu il doğumlu Əhməd Arıxovu bıçaqlayıb. O, Arıxova 3 bıçaq zərbəsi endirib. Zərbələrdən ikisi kürək nahiyəsindən dəyib, digəri isə anal dəliyinə tuş gəlib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və əməliyyat olunub. Həkimlər xəstənin həyatını xilas etdiklərini deyiblər. Lakin Ə.Arıxovun ifadəsini almaq hələ də mümkün olmayıb.
Qeyd edək ki, hadisə şəxsi münaqişə zəminində baş verib. Toya gələn hər iki gəncin sözü çəp gəlib və onlar arasında mübahisə düşüb. Bir-birini söyüb-təhqir edəndən sonra Z.Süleymanov üstündə gəzdirdiyi bıçağa əl atıb.
Faktla bağlı sağlamlığa qəsdən zərbə vurma maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətmiş 20 yaşlı gənc saxlanılıb.
Nizam Rza

Oxşar yazılar

Azərbaycanlı tələbədən rüşvət alan dosentlər HƏBS OLUNDU
30 aprel 2025 , 10:42
Yenə kartlardan 36 min manatdan çox pul oğurladılar
30 aprel 2025 , 10:32
Qusarda itkin düşən həkimin meyiti tapıldı
30 aprel 2025 , 10:19
Şirvanda xuliqanlıq edən qazi saxlanıldı
30 aprel 2025 , 09:29
Goranboyda zəncirvari qəza baş verdi
30 aprel 2025 , 00:31
Zərərçəkmiş şəxs: Talış istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik - VARDANYANIN MƏHKƏMƏSİ
29 aprel 2025 , 21:08
Zabratda avtomobil təmiri sexində yanğın - VİDEO
29 aprel 2025 , 19:49