Bakı sakini hirslənərək maşını insanların üstünə sürdü
Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ələt qəsəbəsində əvvəllər məhkum olunmuş Mehman Qədirovun Seymur Qəmbərov adlı sakinlə davası düşüb.
Belə ki, Seymurun Mehmana 800 manat borcu olub və o, pulu verməkdən boyun qaçırırmış. Daha sonra davaya Seymurun tanışları olan Vüqar Ağakişiyev və Rəşid Məlikov da qoşulub. Bu zaman Mehman əsəbiləşib və “Azsamand” markalı avtomobilə minərək onların üstünə sürüb. Hər üç şəxs xəsarət alıb. Tezliklə xəstəxanaya aparılan gənclər noyabrın 11-də səhər saatlarında evə buraxılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Nizam Rza

655