Günün tarixi
11 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1821. Rus yazıçısı Dostoyevski anadan olub

1876. Amerikan yazıçısı Cek London anadan olub

1905. Çar hökuməti neft burjuaziyası üçün 20 milyon rubl yardım ayırıb

1917. Müsavat və eserlər sovet Rusiyasını tanımaqdan imtina edərək Milli Zaqafqaziya hökuməti yaratmağı qərara alıb

1918. Birinci Dünya Müharibəsi başa çatıb. Bu tarix əksər Avropa ölkələrində bayram kimi qeyd olunur

1921. Şair Balaş Azəroğlu anadan olub

1938. İsmət İnönü Türkiyə prezidenti seçilib

1944. Türk aktyoru Kamal Sunal (Şaban) anadan olub

1948. Mingəçevir şəhərinin təməli qoyulub

1951. Aktyor İsmayıl Hidayətzadə vəfat edib

1965. Afrikanın sonuncu ingilis müstəmləkəsi olan Rodeziya müstəqilliyini elan edib

1971. ABŞ Okinava adasını Yaponiyaya qaytarıb

1973. Misir və İsrail arasında sülh bağlanıb

1975. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardo Dos Santos müstəqil Anqolanın ilk xarici işlər naziri seçilib

1976. Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzalayıb

1993. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul edib. Digər 3 qətnamə kimi bu sənəd də indiyədək icra olunmayıb

1994. Azərbaycan Respublikası Qambiya ilə diplomatik əlaqələr qurub

2004. Azərbaycan Respublikası Ekvatorial Qvineya ilə diplomatik əlaqələr qurub

2004. Azərbaycan Respublikası Nauru ilə diplomatik əlaqələr qurub

2004. Fələstin muxtariyyəti lideri Yasif Ərəfat vəfat edib

Günün aforizmi

“Dəmiri istiykən döymək asandır,
Nə qədər döydülər, biz döyülmədik,
Dəmiri vaxtında əymək asandır.
Əymək istədilər, biz əyilmədik.”

Balaş Azəroğlu, Fədailər nəğməsi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar