“Qara transplantasiya” ilə bağlı Azərbaycanda aparılan araşdırmaların nəticələri var”
Bu barədə APA-ya açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirib. Əməliyyat qrupunun Azərbaycan daxili işlər orqanları ilə birgə Bakıda çox ciddi araşdırmalar apardığını diqqətə çatdıran Y. Kuçer bu sahədə nəticələrin əldə olunduğunu qeyd edib: “Araşdırmalar hələlik davam edir. Əməliyyat qrupunun gördüyü işlərin nəticəsi də var. Lakin işlər hələ tam başa çatmadığı üçün bu barədə açıqlama verə bilmərəm. Araşdırmaların sonunda mətbuata ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Ukrayna DİN-in əməliyyatçıları ötən ayın sonu Bakıya gəlib. Azərbaycan daxili işlər orqanları ilə birgə Bakıda araşdırmalar aparan əməliyyat qrupu orqan mafiyası ilə bağlı Azərbaycanın tibb müəssisələrində yoxlamalar aparıb, həkimlərin ifadələrini alıblar.
Azərbaycanın baş prokuroru Zakir Qaralov isə ötən ay mətbuata açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyinin orqan mafiyası ilə bağlı Baş Prokurorluğa müraciət etdiyini bildirib: “Ukrayna daxili işlər orqanları Azərbaycan mətbuatına açıqlama verərək onların əlində insan orqanlarının “qara transplantasiyası” ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirib. Biz qarşılıqlı hüquqi anlaşma əsasında Ukrayna tərəfi ilə bu məsələləri araşdıracağıq. Əgər Azərbaycan həkimlərinin bu cinayət hadisəsində əlaqəsi üzə çıxarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən bizə müraciətlər daxil olub. Biz həmin müraciəti dəyərləndirəcəyik və müvafiq qərarlar qəbul olunacaq”.

502