Göyçayda 70 yaşlı kişi sirkə içib öldü
10 noyabr 2010 15:17 (UTC +04:00)

Göyçayda 70 yaşlı kişi sirkə içib öldü

Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayan 1940-cı il təvəllüdlü Ədalət Süleymanov evində sirkə turşusundan zəhərlənib. Daha sonra xəstəxanaya yerləşdirilən 70 yaşlı kişi, orada dünyasını dəyişib.

Məlumatda bildirilir ki, Ə.Süleymanov tək yaşayırmış. Sakit təbiətli insan kimi tanınan mərhumun hansı məqsədlə sirkə turşusunu içməsi məlum deyil.

Araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar