Qubada iki qonşunun evi yanıb
10 noyabr 2010 14:58 (UTC +04:00)

Qubada iki qonşunun evi yanıb

Qubada rayonunda 2 mərtəbəli yaşayış evində yanğın baş verib. Hadisə şəhərin İstiqlal küçəsində yerləşən, Xəlil İbrahimova məxsus 23 nömrəli evdə qeydə alınıb. Nəticədə 120 kvadrat metr sahəsi olan evin 40 kvadrat metri yanaraq külə dönüb.

Yanğın qonşuluqdakı evə də keçib. Quba şəhər sakini Həqiqət Bağırovaya məxsus, ümumi sahəsi 110 kvadrat metr olan evin 12 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 3, Qusar DYMH-nin 1 maşını cəlb olunub. Yanğın daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar