Bakı avtovağzalında çanta oğrusu tutulub
Binəqədi Post Patrul Xidmətinin əməkdaşları etibardan sui-istifadə edərək sərnişinlərin çantalarını oğurlayıb qaçan şəxsi yaxalayıblar. Binəqədi rayonunun 40-cı polis bölməsindən Lent.az-a verilən məlumata görə, avtovağzalda var-gəl edən Vilyam Nağıyev polis patrulunun diqqətini cəlb edib.
Polis həmin şəxsin bir neçə dəqiqədən sonra tələsik halda iri bağlama ilə pilləkənlərlə aşağı düşdüyünü görüb. Saxlanılan zaman V.Nağıyev əvvəlcə çantanın və bağlamanın onun olduğunu bildirsə də, bölmədə oğurluq etdiyini etiraf edib. Zərərçəkənlər Balabəy Mirzəyev və Ruslan Kərimovun çantaları aktlaşdırılaraq özlərinə qaytarılıb. Polis onun daha bir neçə analoji cinayət hadisəsi törətdiyini istisna etmir. Faktla bağlı araşdırma aparılır.
Natiq Qədimov

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54