Kürdəmirdə iki yük maşını toqquşub: 1 ölü, 1 yaralı
10 noyabr 2010 11:45 (UTC +04:00)

Kürdəmirdə iki yük maşını toqquşub: 1 ölü, 1 yaralı

Dövlət Yol Polisi idarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 189-cu kilometrliyində, Karrar kəndi ərazisində iki yük maşını toqquşub. Belə ki, sement daşıyan “Mercedes” markalı yük maşını ilə, “KaMAZ” toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü yerindəcə keçinib. “KaMAZ”ı idarə edən şəxs isə xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar