“Vaz 21114” ağaca çırpıldı: 3 yaralı
09 noyabr 2010 10:30 (UTC +04:00)

“Vaz 21114” ağaca çırpıldı: 3 yaralı

Qusar rayon sakini, 21 yaşlı Şamil Gərəyxanov idarə etdiyi etdiyi 90 XX 594 dövlət nömrə nişanlı, “Vaz 21114” markalı avtomaşınla idarəetməni itirərək, yolun kənarındakı ağaca çırpılıb. Avtomaşının zərbəsindən yolun kənarındakı iki çinar ağacı yerindən qopub.

Qəza nəticəsində sürücü və avtomaşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Sürücü, 21 yaşlı Şamil Gərəyxanov, sərnişinlər - 22 yaşlı Qusar rayon Yeni Həyat kənd sakini Ravid Babayev və Sumqayıt şəhər sakini 22 yaşlı Roman İsayev Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Ravid Babayevin vəziyyəti ağırdır. Roman İsayev ilkin tibbi yardımdan sonra ambulator müayinəyə buraxılıb. Sürücü Şamil Gərəyxanovun vəziyyətini isə həkimlər orta ağır qiymətləndirir.

Hadisəni araşdıran Quba rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi Elxan Məhərrəmov Lent.az-a bildirib ki, ilkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub. Sürücü ilkin ifadəsində avtomaşını idarə edərkən yola at çıxdığını, heyvanı vurmamaq üçün maşını yoldan kənara çıxardığı zaman qəzanın baş verdiyini bildirib. Şamil Gərəyxanovun avtomaşını sərxoş halda idarə etdiyi müəyyən olunub.

Faktla bağlı Quba RPŞ- də araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar