Şəhid hərbçilərimiz dəfn olunub - YENİLƏNİB
07 noyabr 2010 17:21 (UTC +04:00)

Şəhid hərbçilərimiz dəfn olunub - YENİLƏNİB

Təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn mərasimi başa çatıb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, şəhidlərimiz II Şəhidlər Xiyabanında dəfn ediliblər.


Mərasimə 10 mindən çox insan qatılıb. Dəfndə müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov da iştirak ediblər. İnsanlar şəhidlərimizin ruhuna dua oxuyub, ətrafda “Allahu-əkbər” nidaları eşidilib. Şəhidlərimizin məzarı üstündə dövlət himnimiz səsləndirilib, yaylım atəş açılıb.


Qeyd edək ki, dəfn mərasimindən əvvəl şəhid hərbçilərimizlə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərasimi keçirilib. Mərasimə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.


Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.


Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb


Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1604

Oxşar yazılar