Şəhidlərin cənazəsi 2-ci Şəhidlər Xiyabanına aparılır
Təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun cənazəsi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində götürülüb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, hazırda şəhidlərin cənazəsi 2-ci Şəhidlər Xiyabanına aparılır.
Mərasimə 10 mindən çox insan qatılıb. Şəhərin hər yerindən minlərlə insan əllərində qərənfil 2-ci Şəhidlər Xiyabanına axışır.
Qeyd edək ki, Prezident İlham Əliyev təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasiminə qatılıb.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.
Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb
Nizam

Oxşar yazılar

Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53
Yekaterinburqda baş verənlərlə bağlı cinayətkar cəzasını alacaq - RƏSMİ
2 iyul 2025 , 10:42
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
2 iyul 2025 , 10:36
Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
2 iyul 2025 , 10:33
Azərbaycanla İran sərhədi pozuldu - 10 kilodan çox narkotik
2 iyul 2025 , 10:31
Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25