Şəhid hərbçilərimizlə vida mərasimi başlayıb –
Təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə (TTM) gətirilib. APA-nın məlumatına görə, mərkəzdə vida mərasimi başlayıb.
Hər iki hərbçinin meyiti bu gün saat 12.00-da morqdan götürülərək “Təzə Pir” məscidinə aparılıb. Meyitlər orada dini adət-ənənə ilə dəfn üçün hazırlanıb.
Mərasimdə hərbçilərlə yanaşı, xeyli sayda mülki şəxs də iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyevin də vida mərasimində iştirakı gözlənilir.
Şəhidlərin II Şəhidlər xiyabanında dəfn olunacaqları bildirilir.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.
Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb.

1222