Suriyada vəfat edən zəvvarımızın adı məlum oldu
Azərbaycanın Suriyadakı səfirliyinin konsulluq şöbəsindən APA-ya verilən məlumata görə, Bakı sakini, 1949-cu il təvəllüdlü Atakişiyev Xanbaba Balakişi oğlu məsciddə namaz qılarkən ürək çatışmazlığından vəfat edib: “Səfirlik cənazənin Azərbaycana göndərilməsi üçün sənədləşdirmə işi aparır”. Diplomat bildirib ki, cənazə ya bu gün, ya da uzağı sabah Türk Hava Yollarına məxsus təyyarə ilə Bakıya göndəriləcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyevə telefon açaraq mərhumun cənazəsinin vətənə göndərilməsi üçün lazımi tədbirlərin görülməsini xahiş edib.

538