Azərbaycanlı zəvvar Suriyada vəfat edib
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, hadisə noyabrın 6-da axşam Suriyanın Şam şəhərində, oradakı müqəddəs yerləri ziyarət edərkən baş verib.
Vəfat edən zəvvarın kişi olduğunu deyən R. Dadaşova onun kimliyi barədə hələ dəqiq məlumat olmadığını, zəvvarın ölümünə səhhətindəki problemin səbəb olduğunu söyləyib. Qafqaz Müsəlmanları İdarəsinin hazırda cənazənin Suriyadan Azərbaycana gətirilməsi ilə məşğul olduğunu diqqətə çatdıran R. Dadaşova bildirib ki, səfəri QMİ təşkil etdiyindən bu prosedurun yerinə yetirilməsi vəzifəsi də idarənin üzərinə düşür.

450