Günün tarixi
07 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1605. Təbriz yaxınlığındakı Sufian döyüşündə Şah Abbasın qoşunu Osmanlı qoşununu məğlub edib

1665. “The London Gazette” ilk dəfə nəşrə başlayıb. Bu nəşr hazırda ən uzunömürlü mətbu orqanı sayılır

1867. Polyak əsilli fransız fiziki və kimyaçısı Mariya Küri anadan olub. Küri 1903-cü ildə fizika, 1911-də isə kimya sahəsində Nobel mükafatı alıb

1879. Sovet siyasi xadimi Lev Trotski anadan olub

1917. Bəstəkar Tofiq Quliyev anadan olub

1917. Bolşevikləri təcrid etmək üçün eser və menşeviklər Müsavata birgə fəaliyyət göstərməyi təklif edib

1922. Bakıda Mirzə Ələkbər Sabirin heykəlinin açılışı olub. Sonradan həmin heykəl Balaxanıya köçürülüb və yerində (Sabir bağında) daha böyük heykəl qoyulub

1923. DQMV-nin I Sovetlər Qurultayı başa çatıb. Qurultayda DQMV Mərkəzi İcraiyyə Komitəsi (MİK) seçilib. (Karakozovun rəhbərlik etdiyi MİK-in tərkibində ermənilər əksəriyyət təşkil edib. Qurultaydakı 132 nümayəndənin də 116-sı erməni olub)

1923. Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova anadan olub

1941. Alman qüvvələri SSRİ-yə məxsus teploxodu Qara dənizdə batırıb. Hadisə nəticəsində 7000-dən çox insan həlak olub (statistika ziddiyyətlidir)

1944. Bakılı kəşfiyyatçı Rixard Zorge barəsində çıxarılan ölüm hökmü icra olunub (Yaponiyada)

1944. Franklin Ruzvelt dördüncü dəfə ABŞ prezidenti seçilib

1972. Riçard Nikson ABŞ prezidenti seçilib

1982. Türkiyədə referendum yolu ilə yeni Konstitusiya qəbul edilib

1987. Tunisdə “Yasəmən İnqilabı” baş verib və Zeynalabdin ben Əli hakimiyyətə gəlib

1989. “Yeni Müsavat” qəzeti təsis edilib

1996. Nigeriyaya məxsus “Boeing” təyyarəsinin okeana düşməsi nəticəsində 143 nəfər həlak olub

1999. Türk üzgüçü Yasemin Dalkılıc qoruyucu vasitələr olmadan 68 metr dərinliyə enərək dünya rekordunu təzələyib

2000. Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında (7-9 noyabr) “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı Qətnamə qəbul edilib

2007. Bolqar deputat Yevgeniya Jivkova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi təyin edilib

2007. Türkiyə prezidenti Abdulla Gülün iştirakı ilə Qafqaz universitetinin yeni binasının təməli qoyulub

2008. İNALCO-da (Fransanın Şərq dilləri və Mədəniyyətləri İnstitutu) Azərbaycan dili fakültəsi təsis edilib.

2009. İran hökuməti Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib.

Günün aforizmi

“Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.”

Sabir
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar