Bakıda çay evi yanıb
Noyabrın 5-də Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan çay evinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb və lambrindən ibarət tavanı 50 kv.m sahədə əriyib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, çay evinin qalan hissəsi və bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
522