Hərbçilərimizin meyitlərinin qaytarılması prosesinə başlanıb
APA-nın Qarabağ bürosunun məlumatına görə, əməliyyat Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, neytral ərazidə həyata keçirilir. Artıq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri əraziyə gəliblər. Qarşı tərəfə veriləcək Qavruşa Ambarsumyanın meyiti də əraziyə gətirilib.
Qeyd edək ki, Ermənistan vətəndaşı, 81 yaşlı Qavruşa Arustamyanın meyiti bir müddət əvvəl cəbhə xəttində aşkarlanıb. Ermənilər isə Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytaracaqlar.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması əksini tapıb.
Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına noyabrın 4-dən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

664