Azərbaycanlı əsir: “Yerevanda daha bir əsirimiz saxıanılır”
Noyabrın 4-də Ermənistandan əsirlikdən qayıdan mülki vətəndaş Eldar Tağıyev səhhətinin müayinə olunması üçün karantin nəzarətə götürülüb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasının İnfeksion Şöbəsinə yerləşdirilib. E. Tağıyevin səhhətində ilkin olaraq ağır infeksion xəstəliklərin aşkarlanmadığı bildirilir.
APA-nın qərb bürosunun məlumata görə, 1 ilə yaxın Ermənistanda əsirlik olan Tovuz rayon Əlibəyli kənd sakini Eldar Tağıyev necə əsir düşdüyü və əsirlik günləri barədə açıqlama verib.
O, ötən il dekabrın 28-də Əlibəyli kəndinin Ermənistanla sərhəddə yerləşən, Azərbaycana aid ərazisində çayda balıq tutarkən əsir düşdüyünü bildirib: “Səhər saatlarında çayda balıq tutmağa getdim. Bir neçə balıq tutduqdan sonra əlim üşüdü, kənarda oturub siqaret çəkdim. İkinci siqareti çəkəndə ermənilər üstümü aldılar. Onlardan 2-si silahlı, 1-i silahsız idi. Əlimi bağlayıb maşına qoyub apardılar. Əvvəlcə İcevan rayonuna, iki gün sonra isə Yerevana aparıldım”.
E. Tağıyev əsirlikdə olan zaman ona o qədər də çox əziyyət və işgəncə verilmədiyini bildirib: “Məni Yerevana apardıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gəldilər. Onlar mənimlə söhbət etdilər, ailəmə məktub yazdım. Onlar mənə yaradılan şəraitlə, yatmağımla, yeməyimlə - hər seylə maraqlandılar. Buna görə də əsirlikdə olduğum zaman məni o qədər də incitmirdilər”.
E. Tağıyev Yerevanda olanda, orada ondan başqa daha iki azərbaycanlı əsirin olduğunu da öyrənib: “Kameradan çıxarılanda həmin əsirlərlə danışmaq istəsəm də, ermənilər mane olurdular. Bununla belə, öyrəndim ki, onlardan biri Goranboy, digəri isə Ağdam rayonundandır. Ağdam rayonundan olan əsiri bu ilin mayında azad etdilər. Goranboydan olan əsir isə hələ də ordadır”.
O, əsirlikdə olan zaman məcbur edilərək Ermənistanın İctimai Televiziyasına çıxarıldığını deyib: “Onlar məni məcbur etdilər ki, televiziyaya çıxarıb, Azərbaycanda yaşayış şəraitinin çətinliyi, qazın, işığını olmaması, hökumət tərəfindən heç bir yardım edilməməsi, bir sözlə, əhalinin bərbad vəziyyətdə yaşadığını söyləyim. Onlar mənə təzyiq etdilər, dedilər ki, bunları deməsəm başıma pis oyunlar gətirəcəklər”.
E. Tağıyev prezident İlham Əliyevə son Həştərxan görüşü ilə əlaqədar təşəkkürünü bildirib: “Bizi cənab prezidentin imzaladığı bəyannamə sayəsində azad etdilər. Bu gün özümü yenidən dünyaya gəlmiş kimi hiss edirəm”.
Tovuz Mərkəzi Rayon Xəstəxanasının İnfeksion Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, əsirlikdən qayıtmış Eldar Tağıyev bütün tibbi müayinələrdən keçirilib. Onun hər hansı infeksion xəstəliklərin daşıyıcısı olub-olmadığını yoxlamaq üçün bütün analizlər verilib. Analizlərin cavabı bir neçə gündən sonra məlum olacaq.
Qeyd edək ki, E. Tağıyev noyabrın 4-də əsirlikdən qaytarılıb.

552