Seçki məntəqələrində yanğın təhlükəsizliyi yoxlanıldı
APA-nın məlumatına görə, aparılmış müayinələr zamanı seçki məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülüb. Seçki məntəqələrində keçirilən yanğın təhlükəsizliyi tədbirləri zamanı məntəqələr yerləşən binaların çardaqlarının taxta konstruksiyadan olan hissələrinə odadavamlı məhlulun hopdurulması, məntəqələrin ilkin yanğınsöndürmə vasitələri, yanğın xəbərverici siqnalizasiya qurğuları, "Yanğın zamanı 112 xidmətinə zəng edin !" sözləri yazılmış lövhələr, giriş-çıxış yollarının müvafiq işarələri ilə təmin olunub. Həmçinin seçki məntəqələrində elektrik təsərrüfatına baxış keçirilib, yanğın təhlükəsizliyi ilə bağlı mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün məntəqə rəhbərlərinə göstərişlər verilib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin və onun yerli qurumlarının əməkdaşları seçki məntəqələrində keçirilən yanğın təhlükəsizliyi tədbirləri zamanı məntəqələrin üzvləri ilə yanğına qarşı təbliğat xarakterli söhbətlər də aparıblar. Eyni zamanda seçki məntəqələrində yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, yanğın hadisəsi baş verdikdə zəruri tədbirlərin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını təmin edən şəraitin yaradılması, yanğının tez ləğv olunmasını təmin edən yanğınsöndürmə vasitələrinin hazır vəziyyətdə olması və onlardan istifadə qaydaları ilə əlaqədar tövsiyələr verilib.
Məlumatda seçkilər günü Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən seçki məntəqələrində növbətçilik təşkil olunacağı da qeyd olunub.

649