Qırğızıstanda həmyerlimizin istintaqını aparan müstəntiqlər həbs ediliblər
05 noyabr 2010 13:05 (UTC +04:00)

Qırğızıstanda həmyerlimizin istintaqını aparan müstəntiqlər həbs ediliblər

Vüqar Xəlilovun APA-ya verdiyi məlumata görə, Qırğızıstan Baş Prokurorluğu həbs olunan müstəntiqlərə qarşı vəzifə səlahiyyətlərini aşma və səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürüb. Anatoli Xeqay haqqında həbs qətimkan tədbiri seçilib, Altınbek Namazəliyev isə ev dustağı edilib. Rəsmi ittihama əsasən, istintaq adı çəkilən şəxslərə qarşı aprelin 19-da Kurmanbek Bakiyevin ailə üzvlərinə məxsus bank hesabları və mülkiyyət üzərindən həbs qərarının götürdüklərinə görə məsuliyyətə cəlb olunublar. Maraqlıdır ki, məhz bu müstəntiqlər Vüqar Xəlilovu sabiq prezident Bakiyevin ailəsi ilə əlaqələrdə ittiham ediblər.

Vüqar Xəlilov APA-ya bildirib ki, rayon məhkəməsi bəraət hökmü çıxardıqdan və Bişkek şəhər məhkəməsi bu qərarı qüvvədə saxladıqdan sonra baş prokuror Baybolova müraciət edərək ona qarşı qeyri-qanuni istintaq hərəkətlərinə yol verdiklərinə görə müstəntiqlər Xeqay və Namazəliyev, həmçinin Bişkek prokuroru və onun müavini barədə təhqiqat aparılmasını istəyib: “Mən şahid qismində saxlandıqdan sonra bu şəxslər Qırğızıstan Cinayət-Prosessual Məcəlləsinin onlarla maddəsini kobud şəkildə pozublar. Mən əhələ beynəlxalq hüquq normalarının müvafiq müddəalarını demirəm. Məhz bu, vəzifə səlahiyyətlərini aşma və səlahiyyətlərindən sui-istifadə hesab olunur”.

Xatırladaq ki, Vüqar Xəlilov peşəkar jurnalistdir, 20 ildən çox “Azadlıq” və BBC radiostansiyalarında çalışıb. Ötən il PR fəaliyyətinə başlayan soydaşımız Londonun “Peregrine” şirkətinin baş məsləhətçisi olub. 2009-cu ilin əvvəllərində Bişkekdə regional PR agentliyi – “Flexi Communications” şirkətini açan Vüqar Xəlilov qısa müddət ərzində öz şirkətini PR şirkətləri arasında keçirilən beynəlxalq SABRE mükafatına namizəd finalçılar sırasına çıxarmağa müvəffəq olub. Qeyd edək ki, bu müsabiqə hər il Londonda Britaniyanın The Holmes Report resursu tərəfindən keçirilir. Vüqar Xəlilovun şirkəti finala çıxmağa müvəffəq olan Mərkəzi Asiyadan yeganə şirkət olub. Mayda mükafatların təqdim olunması mərasimində iştirak etmək üçün Londona dəvət alan Vüqar Xəlilovun gözlənilməz həbsi onun bu nüfuzlu beynəlxalq mərasimdə iştirakına imkan verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar