Eynulla Fətullayevin barəsində həbs-qətimkan tədbiri seçilib
05 noyabr 2010 13:01 (UTC +04:00)

Eynulla Fətullayevin barəsində həbs-qətimkan tədbiri seçilib

APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən proses başlayan kimi təqsirləndirilən şəxs və onun vəkili İsaxan Aşurov prosesin keçirilməsi barədə onlara əvvəlcədən məlumat verilmədiyini deyiblər. Hakim isə bu barədə onlara əvvəlcədən məlumat verildiyini açıqlayıb. Bu zaman hakimlərlə Eynulla Fətullayev arasında mübahisə yaranıb.

Daha sonra İ. Aşurov yazılı vəsatətlərlə çıxış etməyə hazırlaşmaq üçün prosesin başqa vaxtda keçirilməsini xahiş edib. Dövlət ittihamçısı isə məhkəmədən bunun nəzərə alınmamasını istəyib.

Prokuror, həmçinin Qaradağ rayon məhkəməsinin E. Fətullayev barəsində azadlıqdan məhrumetmə hökmü çıxardığını, lakin həbs-qətimkan tədbiri seçmədiyini bildirib. O, məhkəmədən E. Fətullayevin barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarmasını xahiş edib.

E. Fətullayev və onun vəkili buna etiraz ediblər. İ. Aşurov buna etiraz əlaməti olaraq, zalı tərk edib.

Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdandan sonra vəsatətin təmin olunduğu, E. Fətullayevin barəsində həbs-qətimkan tədbiri seçildiyi elan olunub.

Məhkəmə baxışı noyabrın 22-nə təyin olunub.

Qeyd edək ki, Qaradağ rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı Eynulla Fətullayev birinci instansiya məhkəməsinin protokolları ilə bağlı qeydlərini məhkəməyə təqdim edib. Daha sonra dövlət ittihamçısı çıxış edərək, həmin qeydlərin birinci instansiya məhkəməsinə aid olduğunu, onların aplleyasiya məhkəməsində araşdırılmasının mümkün olmadığını deyib. Eynulla Fətullayev vəsatət qaldıraraq işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Məhkəmə yerində müşavirəyə gedərək onun vəsatətini təmin edib və işin yenidən Qaradağ rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunub.

Qaradağ rayon Məhkəməsi isə protokollarla bağlı qeydləri qismən təmin edib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, E. Fətullayev prosesdə qeyd edilən cinayət işi üzrə Qaradağ rayon Məhkəməsinin protokolları ilə tanış ola bilmədiyini qeyd edərək, ona əlavə vaxt verilməsini istəmişdi. Bu səbəbdən məhkəmə baxışı bir neçə dəfə təxirə salınıb.

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində “Diasetil-morfi” (heroin), “Amfetaminil” narkotik vasitələri və “Flunitrozepam-M” psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan “Diasetil-morfi”, “Amfetaminil” və psixotrop dərman vasitəsi olan “Benzodiazepin”dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.

Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini tələb edib. Bu il iyulun 6-da isə Qaradağ rayon Məhkəməsi jurnalist Eynulla Fətullayevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Təqsirləndirilən şəxs rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10