Vergilər Nazirliyinin adından istifadə edən şəxs yaxalanıb
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Anar Yəhyayev adlı şəxs özünü Azər adı ilə təqdim edərək, mağazalardan pul alırmış.
Belə ki, o Xətai, Nəsimi və Yasamal rayonlarının ərazilərindəki mağazalara daxil olaraq saxta sənədlərini təqdim edirmiş. Bundan sonra o, nəzarət kassa aparatının quraşdırılmaması və çek vurulmaması kimi məqamları əsas gətirərək, satıcıları akt tərtib edəcəyi ilə hədələyirmiş və onlardan rüşvət tələb edirmiş. Lakin dükanlardan birində onun dələduzluğunun üstü açılıb və A.Yəhyayev qaçıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində asan yolla varlanmaq istəyən şəxs yaxalanıb. Onun başqa qanunsuz əməllər törədib-törətməməsi araşdırılır.
Qeyd edək ki, A.Yəhyayev əvvəllər də eyni əməllərə görə məhkumluq həyatı yaşayıb.

567