“KamAZ”-ın altından çıxan daş ölümə səbəb oldu
04 noyabr 2010 14:11 (UTC +04:00)

“KamAZ”-ın altından çıxan daş ölümə səbəb oldu

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Cəyirli kəndi ərazisində "KamAZ" markalı avtomaşının təkərinin altından çıxan daş Hüngütlü kənd sakini Rahim Ağayevin idarə etdiyi "VAZ-2101" markalı avtomaşının ön şüşəsinə dəyib. Bundan sonra R.Ağayev idarəetməni itirərək avtomaşını ağaca vurub və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.

Hadisə ilə bağlı Göyçay RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar