Lənkəran sakini evində ölümcül döyülüb
Səhhəti orta ağır qiymətləndirilən zərərçəkənə xəsarət Lənkərandakı evində yetirilib.
Lənkəran şəhər Polisi İdarəsindən Lent az-a verilən məlumat görə, noyabrın 2-dən 3-ə keçən geсə evinə gələn şəxslərlə Y.Şərifovun arasında mübahisə yaranıb. Mübahisə qızışıb və şəxsiyyəti hələlik məlum olmayan “qonaqlar” Yaşar Şərifovun özünü döyüb, həyat yoldaşına isə yüngül xəsarət yetiriblər. Bundan sonra onlar mənzildəki əşyaları da yararsız vəziyyətə salıblar.
Y.Şərifov danışmaq imkanında olmadığı üçün hadisənin təfərrüatlarını dəqiqləşdirmək hələlik mümkün olmur. Lənkəran şəhər Polis İdarəsinin müstəntiqi Famil Məmmədov Lent.az-a bildirib ki, hadisənin qarət məqsədi ilə törədildiyi istisna olunmur.
Natiq Qədimov

823