Bakıda qardaş 17 yaşlı bacısını qətlə yetirib
Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan bildirilib.
Hadisə bu gün saat 18.00 radələrində, rayonun Murtuza Muxtarov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 28 yaşlı Elsevər Məmmədov bacısı, 17 yaşlı Rufanə Məmmədovanı bıçaqlayaraq öldürüb. Polis əməkdaşları dərhal E. Məmmədovu həbs ediblər. Polis əməkdaşları tərəfindən dindirilən E. Məmmədov hadisəni namus üstündə törətdiyini deyib.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

472