Atəşkəs bir neçə istiqamətdə pozulub
20 oktyabr 2010 09:34 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 16.15-dən 16.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.20-dən 20.35-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 23.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar