30 yaşlı qadın özünü qatarın altına atıb – YENİLƏNİB
Bu barədə APA-ya Ağstafa rayon Prokurorluğundan bildirilib. Hadisə Tatlı dəmiryolu stansiyasında qeydə alınıb.
Rayon sakini, 30 yaşlı Cəmilə Fəxrəddin qızı Rəhimova özünü Bakı-Ağstafa qatarının altına atıb. O, yaxınlıqdakı şəxslərin köməkliyi ilə təcilli xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağstafa rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 16-da saat 9:52 radələrində baş verib. Ağstafa rayon Tatlı kənd sakini Rəhimova Cəmilə Fəxrəddin qızı (1980-ci il təvəllüdlü) özünün kəndin yaxınlığından keçən 96 saylı Bakı– Ağstafa qatarının altına atıb. Qadının intihar etmək istədiyini görən qatarın maşinisti sürəti azalda bilib. Nəticədə, C.Rəhimova sağ qalıb. Lakin o, ciddi bədən xəsarətləri alıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə Ağstafa şəhər xəstəxanasına çatdırılan 30 yaşlı qadının vəziyyəti ağır olduğundan, o, Bakıya – Kliniki Tibbi Mərkəzə gətirilib. Onun vəziyyətinin hələ də ağır olaraq qaldığı bildirilir.
C.Rəhimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 2 uşaq anası olan qadının həyat yoldaşı 8 aydır ki, Rusiya Federasiyasının vilayətlərindən birinə yollanıb.
Nizam

Oxşar yazılar

Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00