Günün tarixi
17 oktyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1612. Səfəvilər və Osmanlı arasında Sərab sülhü imzalanıb

1831. Maykl Faradey elektromaqnit induksiyası qanununu kəşf edib

1849. Bəstəkar Frederik Şopen vəfat edib

1855. İngilis Henri Bessemer polad istehsalı prosesini patentləşdirib

1897. Rus alimi Siolkovski ilk aerodinamik borunun modelini hazırlayıb

1902. İlk “Cadillac” istehsal edilib

1905. Çar yeni manifest imzalayıb. “17 oktyabr” manifesti Azərbaycanda siyasi partiya və təşkilatların yaranması üçün əsas olub

1965. Sovet İttifaqı Kommunist partiyası 22-ci qurultayda 20 il ərzində ölkədə kommunizm qurmağı qərara alıb

1968. Sovet qoşunu Çexoslovakiyadan çıxmağa başlayıb

1972. Türk pop müğənnisi Tarkan anadan olub

1979. Finlandiyalı “Formula 1” pilotu Kimi Raikkonen anadan olub

1996. Aslan Məshədov Çeçenistanda koalisiya hökumətinin baş naziri olub

2003. İordaniyada körpələrə Səddam Hüseyn adı verilməsi qadağan edilib

2003. Şair Nüsrət Kəsəmənli vəfat edib

2007. Türkiyə parlamenti hökumətə Şimali İraqda antiterror əməliyyatlar keçirməyə icazə verib

2009. Prezident İlham Əliyev Azərbaycan qazının Türkiyəyə bazar qiymətindən 3 dəfə ucuz satıldığını bəyan edib.

Günün aforizmi

“İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlara pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...”

Nüsrət Kəsəmənli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar