İstanbulda azərbaycanlı iş adamı öldürülüb
Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı güllələnib. Lent.az-ın “Türkiyə” qəzetinə istinadən verdiyi xəbərə görə, oktyabrın 14-də axşam Nişanca məhəlləsində kişi meyiti tapılıb. Əraziyə gələn polis öldürülən şəxsin 26 yaşlı azərbaycanlı Elvin Cəfərov olduğunu müəyyənləşdirib. Onun İstanbuldakı yükdaşıma firmalarından birində çalışdığı bildirilir.
Hadisə yerində 8 ədəd tapança gilizi tapılıb.
Cəfərovun meyiti ekspertizadan sonra morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır, hələlik saxlanılan yoxdur.
Hadisə yerində 8 ədəd tapança gilizi tapılıb.
Cəfərovun meyiti ekspertizadan sonra morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır, hələlik saxlanılan yoxdur.
503