Məşhur aktyor ağır vəziyyətdədir
13 oktyabr 2010 11:20 (UTC +04:00)

Məşhur aktyor ağır vəziyyətdədir

Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, bunu bir az əvvəl Maykl Duqlasın baş rolda çəkildiyi “Uoll-strit: Pul həmişə xilas etmir” filminin rejissoru Oliver Stoun söyləyib.

Filmin kinoteatrlarda nümayişi ilə əlaqədar rejissorla Avropa səfərinə çıxmalı olan Maykl Duqlas müalicəsini davam etdirmək üçün ABŞ-da qalmağa üstünlük verib.

Aktyorun qırtlağında xərçəng bu ilin avqustunda aşkara çıxarılıb. Həmin vaxt xəstəlik 4-cü, ən ağır mərhələdə olub. Maykl Duqlas bildirib ki, onun qırtlağında ilin əvvəlindən güclü ağrılar başlayıb, ancaq həkimlər uzun müddət bunun səbəbini müəyyənləşdirə bilməyiblər. Yalnız bu ilin avqustunda xüsusi laboratoriyada aparılan tədqiqatlardan sonra diaqnoz qoymaq mümkün olub. Aktyor müsahibələrinin birində deyib ki, siqaret və alkoqollu içkilərdən çox istifadə edib, bu da bu xəstəliyə tutulma riskini artırıb.

Maykl Duqlas britaniyalı aktrisa Ketrin Zete-Consla evlənib. O, hollandiyalı aktyor Krik Duqlasın oğludur və 2 dəfə “Oskar” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21