İmişli sakinindən narkotik və silah-sursat götürülüb
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 7-də İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 6-da Murad Qasımov adlı şəxsin narkotik vasitəni rayon sakini Babək Zeynalovdan alması müəyyən edilib. Dərhal Zeynalovun kirayədə yaşadığı mənzilə baxış keçirən polis buradan 3 milliqram asetilə edilmiş və 0,06 qram heroin aşkar edib.
Babək Zeynalovun qeydiyyatda olduğu Üzeyir Hacıbəyov küçəsindəki evə baxış keçirilərkən isə, oradan 1 ədəd əldədüzəltmə tapança və 3 ədəd müxtəlif çaplı güllə tapılıb. Araşdırmalar davam etdirilir
Babək Zeynalovun qeydiyyatda olduğu Üzeyir Hacıbəyov küçəsindəki evə baxış keçirilərkən isə, oradan 1 ədəd əldədüzəltmə tapança və 3 ədəd müxtəlif çaplı güllə tapılıb. Araşdırmalar davam etdirilir
646