Tümendə ermənilərlə azərbaycanlılar arasında kütləvi dava olub
Rusiyada azərbaycanlı və erməni gənclər Qarabağla bağlı mübahisə ediblər.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mübahisənin əsası bir neçə gün əvvəl Tümen şəhərdəki texnikumlardan birində qoyulub.
Həmin vaxt erməni əsilli gənclərdən biri üzərində “Qarabağ bizimdir!” sözləri yazılmış gödəkçə geyinibmiş. Ermənilərin bu təxribatçı hərəkəti azərbaycanlıları əsəbiləşdirib. Günlər keçdikcə mübahisə böyüyüb və qarşıdurma həddinə çatıb.
Bir gün əvvəl tərəflər dava-dalaşa travmatik silahlarla gəlib. Gənclərdən birinin qulağına atəş açılıb. Növbəti görüşdə tərəflər yeni qüvvə ilə gəlib. Dava-dalaş zamanı yaralananlar olub.
Tümen vilayətinin milli məsələlər üzrə komitəsi Azərbaycan və erməni diasporunun liderlərini gəncləri sakitləşdirmələri üçün bir masa ətrafına toplayıb.

627