Ded Xasanın azərbaycanlı ziyarətçiləri
05 oktyabr 2010 19:55 (UTC +04:00)

Ded Xasanın azərbaycanlı ziyarətçiləri

Sentyabrın ortalarında sui-qəsd cəhdi ilə üzləşmiş “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanı tək qanuni oğrular deyil, eyni zamanda hökumət nömrəsi olan avtomobillərdə məmurlar da ziyarət etməyə gəliblər.

Lent.az-ın verdiyi məlumata görə, xüsusi xidmət orqanlarının 23 səhifəlik hesabatını əldə edərək araşdıran “Novaya qazeta” bu barədə məlumat yayıb.
Xüsusi xidmət orqanları Moskvanın “Staraya Kibitka” restoranında “Ded Xasan” və onun qonaqlarını izləyib. Qəzetin yazdığına görə, Ded Xasan və onun yaxın ətrafındakı digər kriminal avtoritetlərin istirahət etdikləri məkanda Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da istirahət etməyi sevirlər. Az əvvəl Moskva Baş Polis İdarəsinin və Federal Təhlükəsizlik Xidmətinin Moskva vilayəti üzrə bölməsinin əməkdaşları “Zyava “ləqəbli dağıstanlı Ziyautdin Abdulxalikovu saxlayıblar. Zyava Ded Xasanla görüşə gəlibmiş. Onun üzərindən həşiş tapılıb və bu səbəbdən də ona həbs cəzası verilib.

Moskvanın “Staraya Kibitka” restoranının xüsusi xidmət orqanları tərəfindən izlənildiyi gün ora MMM, OOO və MR kimi “blatnoy” dövlət nömrə nişanlı avtomobillər gəlib. Çəkilmiş şəkillərin müqayisəsindən aydın olub ki, həmin avtomobillərlə gələn kişi və qadınlar keçən il si-qəsd nəticəsində həlak olmuş “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun Vaqankovsk qəbiristanlığında dəfn edilməsi mərasimində də iştirak ediblər. Bu şəxslərin bəziləri 2009-cu ilin mayında Skif ləqəbli kriminal avtoritet Andrey Qolubevin də dəfn mərasiminə qatılıblar.

Qəzet Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətindəki tanış əməliyyatçıların köməyi ilə “Staraya Kibitka” restoranına gələnlərin kimliyini də öyrənib. Onların əksəriyyəti kriminal avtoritet və “bazarlara baxan”lardır. Məsələn, həmin gün restoranda Ded Xasanı Moskvanın ərzaq bazaları və bazarlarına baxan “Danabaş” ləqəbli İlqar, qanuni oğru Qena-Moqila, fırıldaqçı çeçen Elza, kürd avtoritet Sadko, qanuni oğru, “Puxlıy” ləqəbli Jurakovskinin xanımı ziyarət edib.

Əməliyyatçılar Rusiya Ali Məhkəməsinin buraxılış vəsiqəsi ilə hərəkət edən “Land Gruiser” markalı avtomobildə əyləşən şəxslərdən birinin hazırda Azərbaycan ərazisində adam öldürmə, quldurluq və soyğunçuluğa görə beynəlxalq axtarışa verilmiş qanuni oğru, “Yuska” və “Yusif Bakinski” ləqəbli Yusif Əliyev olduğunu da ə müəyyənləşdiriblər. Əməliyyat məlumatlarına görə, Ded Xasan şəxsən Yuskaya qanuni oğru adını verib və Rusiya paytaxtında ərzaq və meyvə bazarından haqqını alır.

Keçən ilin martında milislər Yuskanı “Zolotoy Podsolnux” restoranında oğru mübahisəsi zamanı saxlayıblar. Saxlanıldığı vaxt o, Azərbaycanda anadan olduğunu göstərən və Vəliyev Ruslan Nurəddin oğlunun adına olan pasport göstərib. Əməliyyatçılarda isə Yuskanın bənzəri barədə məlumat olub və onu Azərbaycana deportasiya etməyə hazırlıq görüblər. Lakin Ostankinsk Prokurorluğu belə qərara gəlib ki, kriminal avtoritet heç nədə günahkar deyil və o, azadlığa buraxılıb. Bəzi məlumatlara görə, Yuska azadlığa çıxmaq üçün 50 min dollar ödəyib.

Qeyd edək ki, Ded Xasana sui-qəsdlə bağlı müxtəlif versiyalar var. Versiyalardan b irinə görə, onun ölümü barədə sifarişi az əvvəl Kiyevdə saxlanılan Azərbaycan əsilli qanuni oğru, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyev verib. Digər versiyaya görə, Rusiyaya gətirilən narkotik vasitələrə nəzarət edən azərbaycanlı kriminal avtoritentlər- Hikmət Muxtarov və Çingiz Axundovun ölümü ilə bağlı Ded Xasandan qisas alınmaq istənilib...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175

Oxşar yazılar