Quba məzarlığındakı sonuncu quyu da çatlayıb
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığındakı sonuncu quyu çatlayıb, onun içindəki sümüklər isə parçalanmağa başlayıb. Bu barədə APA-ya Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, artıq quyunun iki yerində çat əmələ gəlib: “Quyunun uçmaması üçün hələlik dayaq vermişik. Ancaq bu üsulla da quyunu saxlamaq mümkün olmayacaq. Lazımi tədbirlər görülməsə, bu quyu da uçacaq”.
Məzarlıqdakı ilk quyunun da baxımsızlıq üzündən 2007-2008-ci ildə uçduğunu deyən Q. Ağayevin sözlərinə görə, hazırda əsas parçalanma prosesi uşaq və qadın kəllə-beyin sümüklərində gedir: “Arxlardakı sümüklərin 70 faizi - 7 minə yaxınını Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi çürüməmək üçün dərmanlayıb. Ancaq quyudakı sümükləri götürmək mümkün olmadığından onların yerində dərmanlanması nəzərdə tutulsa da, bu, hələ həyata keçirilmir. Buna görə də biz dördüncü ildir ki, sümüklərin parçalanmaması üçün onları çox primitiv üsulla tozlandırırıq. Amma bu üsulla da onları çox qorumaq mümkün olmayacaq. Buna görə də onların qorunması üçün təcili tədbirlər görülməlidir”.
Bu məzarlığın Azərbaycan tarixi üçün çox əhəmiyyətli olduğunu qeyd edən Q. Ağayev məzarlığı ziyarət edən beynəlxalq ictimaiyyətin nümayəndələrinin də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutlarının qorunmasını vacib saydıqlarını söyləyib. O bu sümüklərin yenidən basdırılmasının mümkünsüz olduğunu da söyləyib: “Bu məzarlıq canlı sübut olduğu üçün olduğu kimi saxlanmalıdır. Əgər tezliklə tədbirlər görülməsə, məzarlıqdan əsər-əlamət belə qalmayacaq”.
Q. Ağayev hazırda Quba Soyqırımı Memorial Kompleksinin təməl qoyma işlərinin davam etdiyini də söyləyib.

679