Həzi Aslanovun ev muzeyindən oğurluq edilib
22 sentyabr 2010 15:10 (UTC +04:00)

Həzi Aslanovun ev muzeyindən oğurluq edilib

Azərbaycanın Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.


Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, sentyabrın 22-də səhərə yaxın naməlum şəxs iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi, 19 saylı ünvanda yerləşən ev muzeyinə girərək oradan qədim əşyaları, sərkərdəyə məxsus saatı oğurlayıb. Hadisə barədə Lənkəran ŞPŞ-ə məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu yaradılıb.


Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev-muzeyində oğurluq edən şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Saxlanılan şəxs - Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Elçin Vəliəhd oğlu Rəhimov ilkin dindirmə zamanı sərxoş olduğunu və törətdiyi əməlinə görə peşmançılıq hissi çəkdiyini bildirib.

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 183-cü (xüsusi dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249

Oxşar yazılar