Baş Prokurorluq 2 MMC-nin direktorlarının həbsi , “Birlikbank”da aparılan yoxlamalarla bağlı məlumat yayıb
21 sentyabr 2010 19:26 (UTC +04:00)

Baş Prokurorluq 2 MMC-nin direktorlarının həbsi , “Birlikbank”da aparılan yoxlamalarla bağlı məlumat yayıb

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin, o cümlədən dövlət proqramlarında nəzərdə tutulan konkret layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2004-cü ildən Fondun vəsaitləri hesabına kreditlərin verilməsində müvəkkil kredit təşkilatı seçilmiş “Birlikbank” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələr əsasında cəmiyyət tərəfindən 13 oktyabr 2004-cü il tarixdən 3 noyabr 2008-ci il tarixədək olan dövr ərzində ayrılmış 7.579.756 manat vəsaitin 1 iyul 2008-ci il tarixdən hazırkı vaxtadək öhdəlikləri yerinə yetirməməklə Fondla bağlanmış müqavilənin şərtlərini pozaraq 1 avqust 2010-cu il tarixə 3.280.731 manat vaxtı keçmiş, 139.624 manat faiz və 431.809 manat cərimənin, ümumilikdə isə 3.852.164 manat məbləğin Fondun müvafiq hesabına köçürülməsini təmin etməməsi, həmçinin ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin monitorinqləri zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar araşdırılır. Müvəkkil kredit təşkilatları tərəfindən güzəştli şərtlərlə verilmiş maliyyə vəsaitlərinin mənimsənilməsi və onlara sərəncam verilməsi sahəsində qanun pozuntularına yol verilməsinə kifayət qədər əsaslar olduğundan Nəsimi rayon Məhkəməsinin 2 sentyabr 2010-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Birlikbank” ASC-nin 25 oktyabr 2004-cü il tarixdən hazırkı dövrədək maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması aparılır.

“Texnikabank” Açıq Səhmdar Cəmiyyətindən alınmış kreditlərin təyinatı üzrə xərclənməməsi, həmçinin cəmiyyətin törəmə müəssisəsi olan “Texnikalizinq” MMC-nin sabiq direktoru Nəcəfquliyev Elxan Nadim oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktına görə 16 fevral 2010-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaqla həmçinin müəyyən edilib ki, Kərimov Yusif Eldar oğlu “Topağac” MMC-də 2007-ci ilin iyun ayında direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 20 iyul 2007-ci il tarixdə nağd şəkildə aldığı 900.000 manat krediti müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsinə deyil, əlavə qazanc əldə etmək məqsədi ilə tanışı - “A.M.A.Y” Ticarət Mərkəzinin rəhbərliyinə yaxın olan Akif Əliyevə verərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurub.

6 avqust 2010-cu il tarixdə Kərimov Yusif Eldar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Məmmədov Zakir Tofiq oğlu “BAC” MMC-də 2007-ci ilin oktyabr ayında direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı 19 oktyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 9 noyabr 2007-ci il tarixdə nağd şəkildə aldığı 900.000 manat krediti müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsinə deyil, əlavə qazanc əldə etmək məqsədi ilə “A.M.A.Y” Ticarət Mərkəzinin direktoru Novruzov Elşən Firudin oğluna verərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurub.

4 sentyabr 2010-cu il tarixdə Məmmədov Zakir Tofiq oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“A.M.A.Y” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev 10 avqust 2010-cu il tarixdə, həmçinin mərkəzin direktoru Elşən Novruzov 4- 5 avqust və 3-4 sentyabr 2010-cu il tarixlərində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək təqsirləndirilən şəxslər - Yusif Kərimov və Zakir Məmmədovun onlar tərəfindən dəymiş ziyanın yalnız ödənilməsindən sonra barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırılmasının mümkünlüyü izah edilib.

Yusif Kərimov və Zakir Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməyib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.1-ci maddələri ilə davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq təqsirkar şəxslərin dairəsi müəyyənləşdirilməklə onların əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21