“İran-Azərbaycan-Rusiya” marşrutu üzrə 274 kq narkotik tutulub
21 sentyabr 2010 17:41 (UTC +04:00)

“İran-Azərbaycan-Rusiya” marşrutu üzrə 274 kq narkotik tutulub

Son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 9 nəfər ifşa olunaraq yaxalanıb.



Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, onlardan ümumilikdə 274 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb, faktlar üzrə 4 cinayət işi başlanılıb.



Belə ki, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə həyata keçirilən razılaşdırılmış əməliyyat tədbirləri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu ilə narkotik vasitələrin daşınmasının qarşısı alınıb, Rusiya Federasiyasının vətəndaşı Səfərov Bayram Şəmistan oğlu Sankt-Peterburq şəhərində yaxalanaraq, onun daşıdığı 60 kiloqram həşiş aşkarlanıb götürülüb.


Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşları - İbrahimov Rüstəm İsmayıl oğlu və Donçov Maksim Sergeyeviç Rusiyanın İvanovo vilayətinin Rodniki şəhərində yaxalanıb, onlarda 48 kiloqram 295 qram həşiş aşkarlanaraq götürülüb.


Qeyd olunan zaman kəsiyində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ardıcıl olaraq daha bir neçə əməliyyat tədbiri həyata keçirilib. Belə ki, «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Füzuli İman oğlu və Məmmədov Zaur Qadir oğlu saxlanılmış, sonuncunun Astara rayonu Qapçıməhəllə kəndindəki evinə keçirilmiş baxış nəticəsində 33 kiloqram 918.7 qram həşiş aşkarlanıb. Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfər İran İslam Respublikasının vətəndaşı həmin narkotik vasitələri qaçaq yolla İrandan Azərbaycan Respublikasının ərazisinə keçirmiş və Astara rayonundakı İstisu adlanan yerdə Zaur Məmmədova təhvil verib. Bundan sonra, Zaur Məmmədov və əmisi Füzuli Məmmədov narkotik vasitələri sonuncunun idarə etdiyi «VAZ 2106» markalı avtomaşınla daşımış və gizlədiblər.


Həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Əliyev Rəşad Əli oğlu, Məmmədov Salman Həmid oğlu, Bağırov Gəray Məmmədəli oğlu və Bağırov Anar Gəray oğlu yaxalanmış, onlardan 131 kiloqram 888,3 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.



Müəyyən edilib ki, Əliyev Rəşad, Gəray Bağırov, Anar Bağırov, Salman Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası istiqamətindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan həşiş qətranını gömrük sərhədindən gömrük nəzarətindən kənarda keçirərək Azərbaycana gətirib, qanunsuz olaraq əldə ediblər, saxlayıb və daşıyıblar.


Qrupun üzvləri həmin narkotik vasitənin bir hissəsini, yəni 36 kiloqramını xüsusi qaydada mühərrik yağı üçün nəzərdə tutulan 2 ədəd plastmas qablara yerləşdirib və həmin qabların Gəray Bağırovun vasitəsilə Moskva şəhərinə göndərilməsinə cəhd göstəriblər. Keçirilmiş əməliyyat tədbirləri ilə Gəray Bağırov, Anar Bağırov, Salman Məmmədov və Rəşad Əliyev saxlanılıb, sonuncunun idarə etdiyi «Hyundai» markalı avtomaşına baxış nəticəsində mühərrik yağı üçün nəzərdə tutulan 2 ədəd plastmas qabın içərisində gizlədilmiş 36 kiloqram həşiş qətranı aşkarlanıb. Rəşad Əliyevin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi, 33 saylı evində keçirilmiş baxış zamanı isə oradan qrupa məxsus 95 kiloqram 888,3 qram həşiş qətranı götürülüb.


Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21