Türkiyədə zəlzələ oldu
17 sentyabr 2010 16:47 (UTC +04:00)

Türkiyədə zəlzələ oldu

Bu gün yerli vaxtla saat 13:17 radələrində Türkiyədə zəlzələ olub.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Adıyamanın Gerger rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Adıyaman, Şanlıurfa, Gaziantep və Diyarbakır şəhərlərində də hiss edilib. Əhali təlaşla küçələrə qaçıb. Bu ana qədər hələ ki, insan tələfatı barədə məlumat daxil olmayıb.

Gerger icra nümayəndəsi Alp Eren Yılmaz bir sıra kəndlərlə əlaqə saxladıqlarını bildirib: “Həmin kəndlərdə itki yoxdur. Hazırda bir neçə kənd qalıb, o kəndlərlə də əlaqə saxlayıb, vəziyyəti öyrənməyə çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar